Yaponiya Ukraynaya yardımın yeddi istiqamətini müəyyənləşdirdi
Yaponiya hökuməti Ukraynaya yardımın yeddi istiqaməti müəyyən edib.
Valyuta.az bu barədə Yaponiyanın "Sankei Shimbun" nəşrinə istinadla xəbər verir.
Bu sahələrə ölkədə humanitar vəziyyətin yaxşılaşdırılması, kənd təsərrüfatının və heyvandarlığın inkişafı, iqtisadiyyatın bərpası, sənayenin modernləşdirilməsi, rəqəmsal texnologiyaların və biotexnologiyaya əsaslanan istehsalın inkişafı daxildir. Tərəflər 20-dən çox əməkdaşlıq sənədi imzalamağı planlaşdırırlar. Onlardan biri teletibb sisteminin yaradılması üçün Kiyevə 10 milyard yen (təxminən 67,5 milyon dollar) transferini nəzərdə tutacaq .
Fevralın 19-da Tokioda Ukraynanın Baş naziri Denis Şmıqalın iştirak edəcəyi “Yaponiya və Ukraynanın İqtisadi Sağlamlığının Təşviqi Konfransı” keçiriləcək . Ümumilikdə konfransda iki ölkənin 300-ə yaxın nümayəndəsi iştirak edəcək.
Bundan əvvəl Yaponiya Ukraynaya qaz turbin generatorları verib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay