Okeanda mövcud olub, qurudan ən uzaqda yerləşən ərazi - Nemo nöqtəsi
Sakit okeanda yerləşən Nemo nöqtəsi 1992-ci ildə Hrvoye Lukatela tərəfindən kompüter simulyasından istifadə edilərək müəyyən olunan ərazidir.
Bu məkanı özəl edən əsas amil onun okean səthində mövcud olub, qurudan ən uzaqda məsafədə yerləşməsidir.
Astronavtlar Yer kürəsi üzərində yaşayan insanlardan bu əraziyə daha yaxın ola bilirlər. Belə ki, Beynəlxalq Kosmik Stansiya (BKS) Yerdən təxminən 360 kilometr məsafədə hərəkət edir. BKS Nemo nöqtəsi üzərindən hərəkət edən zaman ona ən çox yaxınlaşanlar astronavtlar olur. Adi halda planetimizin Nemo nöqtəsinə ən yaxın quru ərazisi ondan 2688 kilometr məsafədə yerləşən, qeyri-yaşayış mühitinə malik olan “Ducie Atoll” adasıdır.
Ərazi istifadədən kənarlaşdırılmış və ya məhv olmuş kosmik qurğular üçün ən uyğun yer hesab edilməkdədir. Bu səbəbdən “Nemo” biokütlədən tamamilə məhrum olunub.
“Nemo” sözü latın dilində “heç kim” deməkdir
Ərazinin coğrafi koordinantları: 48°52.6′S 123°23.6′W.//Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay