Turist milli parkda 7 karatlıq almaz tapıb
ABŞ-a səyahət edən parisli Julien Navas Arkanzas ştatında milli parkda 7,46 karat ağırlığında böyük almaz tapıb.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
Florida ştatının Kanaveral burnundan Aya eniş missiyasının başlanmasını görmək üçün Fransadan ABŞ-a gələn Julien Navas Arkanzasdakı Krater Daymonds Parkını da ziyarət etmək qərarına gəlib. Əvvəllər o, qızıl və ammonit qalıqlarının axtarışı ilə maraqlanırdı.
Krater Daymonds Parkından bildiriblər ki, J.Navas bilet alıb və əsas almaz ov dəstini icarəyə götürüb.
"Səhər saat doqquz radələrində parka gəldim və qazmağa başladım," deyə J.Navas bildirib.
Onun gəlişindən bir neçə gün əvvəl parka təxminən iki santimetr yağış yağdı. Bildirilib ki, yağış yağan zaman kirlər yuyulur və yerin üstünə yaxın olan qayalar, minerallar və almazları üzə çıxır.
Nəticədə J.Navas tapdıqlarını götürərək parkın Tapıntılar Mərkəzinə gəlib. Orada ona dedilər ki, o, qəhvəyi rəngli 7,46 karatlıq almaz tapıb. O almazını nişanlısının şərəfinə "Carine Diamond" adlandırıb və daşı biri nişanlısına, digərini isə qızına vermək üçün iki almaza bölməyi planlaşdırır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay