Dünya
26.01.2024 / 20:40
Danimarka Ukraynada korrupsiya ilə mübarizəyə 8,75 milyon ayırdı
41235
Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars Lekke Rasmussen ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar zamanı Avropa İttifaqının Ukraynada korrupsiyaya qarşı mübarizə proqramının üçüncü mərhələsi çərçivəsində 60 milyon kron (8,75 milyon dollar) ayrıldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ukrayna Aİ arzusuna çatmaq istəyirsə, bizim ona məqsədlərinə çatmasına kömək etməyimiz çox vacibdir", deyə Rasmussen bildirib.
Bəyanatda bildirilir ki, Avropa İttifaqı da proqramın yeni mərhələsinə 70 milyon kron (10,21 milyon dollar) ayırıb.
Aİ-nin məlumatına görə, maliyyə yardımı Ukraynanın Nikolaev şəhərinin bərpasına yönəldiləcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay