Rusiyalılara kredit almaqdan könüllü imtina etmək təklif edildi
Rusiya qanunvericiləri vətəndaşlar üçün kreditlərin özünə qadağan edilməsi prosedurunu sadələşdirməyi təklif edirlər.
Valyuta.az RBC-ya istinadla xəbər verir ki, qanun layihəsinin işçi variantına əsasən, kredit almaqdan könüllü imtina üçün ərizə təkcə Dövlət Xidmətləri portalında və çoxfunksiyalı mərkəzlərdə deyil, həm də birbaşa banklar və mikromaliyyə təşkilatları vasitəsilə verilə bilər.
“İstehlak krediti haqqında” və “Kredit tarixçəsi haqqında” qanunlara dəyişikliklər 2026-cı ilin yanvarından qüvvəyə minə bilər. Bu dəyişikliklərin məqsədi kreditlər üçün müraciət edərkən fırıldaqçılıq riskini azaltmaqdır.
Kreditorlar və kredit tarixçəsi büroları kreditlərin verilməsinə qadağanın tətbiq edilib-edilmədiyini təkcə pasport məlumatları ilə deyil, həm də VÖEN-lə yoxlayacaqlar. Məhdudiyyətlər ərizə təqdim edildikdən ertəsi gün qüvvəyə minir və qadağanın aradan qaldırılması üçün 48 saat vaxt lazımdır.
Qanunvericiliyə edilən dəyişikliklər Rusiya Mərkəzi Bankı və hökumət tərəfindən dəstəklənir.
Yanvarın 25-də Rusiya Federasiyası Mərkəzi Bankı, əlində üç və ya daha çox krediti olan rusiyalıların sayının 2023-cü ilin ikinci yarısında artmaqda davam etdiyini bildirib. Bir gün əvvəl Mərkəzi Bank rusların yanvar ayında inflyasiya gözləntilərinin dekabrdakı 14,2% əvəzinə 12,7%-ə düşdüyünü açıqlayıb.
Bundan əvvəl Dövlət Duması xarici agentlərə kreditlərin verilməsinə qadağa qoyulmasını təklif edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay