"Bloomberg": "Çin iqtisadiyyatı çökmək ərəfəsindədir"
Çində sürətlə inkişaf edən iqtisadi böhranın miqyası 2015-ci ildə birjaları çökdürən böhranı keçə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
2021-ci ildən bəri Çin və Honq Konq səhmləri təxminən 6 trilyon dollar dəyər itirib. Çinin əsas daxili bazar indeksi olan CSI 300 son beş ilin minimum səviyyəsinə düşüb.
Çin daşınmaz əmlak bazarında vəziyyət daha da çətinləşib: ən böyük developerlər öz hesablarını ödəyə bilmirlər və sektor defolt dalğası yaşayır.
“Bazar iştirakçıları dünyanın ikinci ən böyük iqtisadiyyatının perspektivləri ilə bağlı tutqun proqnozlar verirlər. Onların bədbinliyini görməməzlikdən gəlmək getdikcə çətinləşir”, deyə "Bloomberg" yazıb.
Bundan əvvəl məlum olub ki, Çin hakimiyyəti fond bazarını sabitləşdirmək üçün təxminən 2 trilyon yuan (278 milyard dollar) dəyərində xüsusi fond yaratmağı düşünür. Dövlət şirkətlərinin ofşor hesablarından vəsaitlərin çıxarılması təklif edilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay