Britaniya son 70 ilin ən bərbad büdcəsi ilə üz-üzədir
Növbəti Böyük Britaniya hökuməti 70 il ərzində ən mürəkkəb vergi və xərcləmə problemlərini miras alacaq.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, Britaniya Maliyyə Tədqiqatları İnstitutu (IFS) öz hesabatında bu qənaətə gəlib.
Yüksək faiz xərcləri və zəif iqtisadi artım səbəbindən bu il gözlənilən parlament seçkilərinin qalibi dövlət borcunun azaldılmasında görünməmiş çətinliklərlə üzləşəcək.
Son 15 ildə Böyük Britaniyanın dövlət borcu ÜDM-in 50%-dən, demək olar ki, ÜDM-in 100%-nə yüksəlib. Onu sabitləşdirmək üçün borclara xidmətdən başqa bütün büdcə maddələrinə xərcləməkdən daha çox vergi toplamaq lazım gələcək.
“İndi həmişəkindən daha çox, biz bir ölkə olaraq hökumətdən nə istədiyimiz və bunun əvəzini necə ödəyəcəyimizlə bağlı mühüm qərarlar və güzəştlərlə qarşılaşırıq", deyə IFS direktoru Paul Yohnson bildirib.
İnstitut qeyd edir ki, istənilən hökumət əhəmiyyətli büdcə profisiti saxlamağa məcbur olacaq. Eyni zamanda, tədqiqatçılar siyasətçiləri vergilərdə və xərclərdə lazımi güzəştlər barədə dürüst olmağa çağırırlar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay