Belçika: "Aİ-nin Ukraynanı maliyyələşdirmək üçün B planı yoxdur"
Belçikanın maliyyə naziri Vinsent van Petegem Macarıstanın qarşıdan gələn siyasi birlik sammitində Ukraynaya 50 milyard avroluq yardım paketinə veto qoyacağı təqdirdə Avropa İttifaqının (Aİ) B planının olmadığını deyib.
Valyuta.az xəbər verir ki, nazir bu barədə "Bloomberg"ə müsahibəsində danışıb.
"Hazırda heç bir B planı yoxdur", deyə Vinsent van Petegem bildirib.
Eyni zamanda, Vinsent van Petegem qeyd edib ki, bir çox alternativ həllər var və onların araşdırılması lazımdır.
Onun sözlərinə görə, hələlik yeganə yol hazırkı yardım paketi üzərində bütün Aİ ölkələri ilə işləmək olacaq. Belçikanın maliyyə naziri əmindir ki, Aİ liderləri sonda razılığa gələ biləcəklər.
Bundan əvvəl "Bloomberg" Avropa diplomatik mənbəsinə istinadən xəbər vermişdi ki, Aİ ölkələri Macarıstanın Ukraynaya yardıma müdaxiləni davam etdirəcəyi təqdirdə onun səsvermə hüququnu əlindən alacaq. Mənbənin sözlərinə görə, Aİ üzvləri Ukraynaya 50 milyard avro məbləğində yardım paketini təsdiq etməyə hazır olduqlarını bəyan ediblər, lakin Macarıstan buna qarşı çıxıb. Agentlik xəbərdarlıq edib ki, Macarıstanın baş naziri Viktor Orban mövqeyini dəyişməsə, Aİ bu qərarı onsuz qəbul edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay