Kim Çen In dövlətin vətəndaşları zəruri mallarla təmin edə bilmədiyini etiraf etdi
Şimali Koreya lideri Kim Çen In ölkədəki çətin iqtisadi vəziyyəti və dövlətin vətəndaşları zəruri mallarla təmin edə bilmədiyini etiraf edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Yonhap" yazıb.
Onun sözlərinə görə, yerli sakinləri zəruri mallarla təmin edə bilməmək ciddi siyasi problemə çevrilib ki, onu nəzərdən qaçırmaq olmaz.
Şimali Koreya lideri regionlarda iqtisadiyyatın dəhşətli vəziyyətdə olduğunu vurğulayıb. O, qeyd edib ki, bir çox idarə və təsərrüfat qurumları boşdur, boşboğazlıqla məşğuldur, vəziyyəti düzəltmək üçün imkan tapa bilmir.
Kim Çen In müasir fabriklərin yaradılmasının vacibliyini də bəyan edərək, dövlət dəstəyi vəd edib. Yonhap agentliyinin məlumatına görə, o, bölgənin inkişafı problemlərinin həllinə əsgərlərin cəlb edilməsi haqqında fərman imzalayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay