ABŞ tənzimləyicisi Boeing 737 MAX-ın istehsalını məhdudlaşdırır
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bu tip təyyarələrdə füzelajın bir hissəsinin itirilməsi ilə bağlı qalmaqala görə Boeing 737 MAX təyyarələrinin istehsalının genişləndirilməsinə müvəqqəti məhdudiyyət qoyub.
Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında bildirilir.
Onun sözlərinə görə, əvvəllər Boeing 737 MAX istehsalını artıracağını gözləyirmiş. "Boeing normal fəaliyyətə qayıtmayacaq. Biz keyfiyyətə nəzarət məsələlərinin həll olunduğuna əmin olana qədər 737 MAX üçün istehsalı genişləndirmək və ya əlavə istehsal xətlərini təsdiqləmək üçün Boeing-in heç bir tələbi ilə razılaşmayacağıq", - FAA sözçüsü Mayk Uitaker deyib.
Həmçinin bildirilir ki, tənzimləyici aviaşirkətlərin MAX 9 təyyarələrində yoxlamaya başlayıb və bu yoxlama başa çatdıqdan sonra aviaşirkətlər uçuşları bərpa edə biləcəklər. Departament qeyd edir ki, müvafiq qərarlar Alyaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 təyyarəsi ilə insidentdən sonra başlayan baxış çərçivəsində qəbul edilib. Yanvarın 6-da ABŞ Federal Aviasiya Administrasiyası Oreqon ştatının Portlend şəhərinə uçuş zamanı sərnişin salonunda təzyiqin azalması səbəbindən Boeing 737 MAX 9 təyyarəsinin yerə enməsi barədə göstəriş verib. Təyyarə Ontarioya (Kaliforniya) yola düşdükdən az sonra gövdəsinin bir hissəsinin itirilməsi səbəbindən təcili eniş edib.
Boeing 737 dar gövdəli, qısa və orta məsafəli sərnişin və nəqliyyat təyyarələri ailəsidir. 1967-ci ildən Boeing tərəfindən istehsal olunur. Boeing 737 sərnişin təyyarələri sənayesi tarixində ən populyar sərnişin təyyarəsi olub; on mininci təyyarə 13 mart 2018-ci ildə təhvil verilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay