Bəzi Aİ ölkələri Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsindən qorxur
Bəzi Aİ ölkələri Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən mümkün istifadənin nəticələrindən narahatdır.
Valyuta.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa versiyası Aİ diplomatları arasında olan mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, bəzi Aİ ölkələri Rusiyanın “cavab tədbirləri”ndən və cəmiyyət tərəfindən belə bir qərar veriləcəyi təqdirdə yaranacaq hüquqi problemlərdən qorxurlar. Bununla əlaqədar olaraq, nəşrin qeyd etdiyi kimi, Aİ dövlətləri son nəticədə yalnız Rusiya aktivlərindən əldə edilən mənfəətin vergiyə cəlb edilməsi ilə bağlı razılığa gələ biləcəklər ki, bu gəlirlər sonradan Ukraynanı dəstəkləmək üçün istifadə edilsin. Yanvarın 24-də Avropa Komissiyasının (AK) müvafiq təklifi Aİ ölkələrinin nümayəndələri tərəfindən müzakirə olunacaq.
Bloomberg 2023-cü il dekabrın 12-də bildirib ki, İttifaq Rusiyanın dondurulmuş suveren aktivlərinə yenidən investisiya qoymaqdan əldə edilən gəlirlərdən Ukraynanı maliyyələşdirmək üçün istifadə etmək məqsədiylə sxem hazırlayıb. Sənədə əsasən, AK 2027-ci ilə qədər bu sxemin həyata keçirilməsi ilə təxminən 15 milyard avro qazanmağı planlaşdırır. Belə aktivlərin ən böyük həcmi - 191 milyard avro Belçikada Euroclear beynəlxalq platformasında bloklanıb və 2023-cü ilin cəmi doqquz ayında onlardan 3 milyard avro gəlir əldə edib. Avropa İttifaqı liderləri dekabrın 14-15-də keçirilən İttiqfaq sammitində, gözləntilərin əksinə olaraq, Avropa Komissiyasının təklif etdiyi planı təsdiq etməyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay