Macarıstan Ukrayna məhsullarının idxalına qadağanı qüvvədə saxlayır
Macarıstan Avropa İttifaqı səviyyəsində müvafiq qərar qəbul olunana qədər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.
Valyuta.az xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad bildirib. O, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə vəziyyəti müzakirə etdiyini və Macarıstanla Ukrayna arasında ikitərəfli sazişin bağlanmasına razı olduğunu bildirib. Nad qeyd edib ki, Ukrayna taxılına sərhədlərin bağlanması məhkəmə çəkişmələrinə səbəb ola bilər, lakin macar fermerlərinin maraqları birinci yerdədir.
2023-cü ilin mart ayının sonunda Ukrayna ilə həmsərhəd olan beş Avropa İttifaqı dövləti (Rumıniya, Bolqarıstan, Macarıstan, Polşa və Slovakiya) Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyendən Ukraynadan taxıl məhsullarının axını nəticəsində yaranmış böhranın həllində kömək istəyib. Buna cavab olaraq, Avropa Komissiyası ittifaqın sərhədyanı dövlətlərində bu məhsullarla bağlı logistik çətinliklərin aradan qaldırılmasına yönəlmiş müvəqqəti məhdudlaşdırıcı tədbirlər görüb. Bu tədbirlər mayın 2-dən tətbiq edilib və sentyabrın 15-dək uzadılıb.
Bununla belə, sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan dörd növ kənd təsərrüfatı məhsulunun idxalına qoyulan məhdudiyyətləri Aİ-nin bir neçə sərhəd ölkəsinə uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət tədbirləri tətbiq etməyə məcbur edib. Buna cavab olaraq Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları qadağanın birtərəfli qaydada uzadıldığını elan ediblər. Macarıstan qadağanı milli əsasda uzadıb, qadağan olunmuş məhsulların siyahısına taxıl, ət, quş əti, yumurta, bal, tərəvəz və şərab daxil olmaqla 24 məhsul daxil edilib. Bununla bağlı Ukrayna ÜTT- yə şikayət edib. Buna cavab olaraq Aİ-nin üç ölkəsi Ukrayna taxılına dair koordinasiya platformasının iclaslarını boykot etmək niyyətində olduqlarını bəyan ediblər.
Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Robert Telus Ukraynanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayətini dayandırmağı yox, əksinə, geri götürməyi tələb edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay