Bolqarıstan Ukrayna taxılının Avropaya idxalına kvota tətbiqini tələb edir
Bolqarıstan hökuməti Ukrayna taxılının Avropa İttifaqına idxalına kvota və gömrük rüsumları tətbiq etməkdə israrlıdır.
Valyuta.az xəbər verir ki, bu barədə "Euractiv" ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
"Ukraynadan ixracın artması istehsalçıları ciddi narahat edir. Çünki onlar Ukrayna məhsullarının qiymətləri ilə rəqabət apara bilmirlər", deyə bəyanatda qeyd edilir.
Sofiya narahatdır ki, uzunmüddətli perspektivdə mövcud vəziyyət yerli istehsalın azalmasına və Bolqarıstanın ərzaq təhlükəsizliyinə xələl gətirə bilər.
Keçən həftə Polşanın Ukraynadan taxıl idxalına embarqonu uzatmağı planlaşdırdığı xəbəri yayılmışdı. Varşava bildirib ki, məhdudiyyətlər Aİ Ukrayna taxılının tranziti üçün yeni qaydalar hazırlayana qədər qüvvədə qalacaq.
Bir gün əvvəl məlum olmuşdu ki, Avropa Komissiyası (AK) Ukraynaya qonşu ölkələrə kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağa icazə verəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay