Argentina prezidenti 300-dən çox “şok” islahat hazırlayıb
Argentina prezidenti Xavyer Miley 300-dən çox “şok” islahat hazırlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Söhbət dövlət başçısının iqtisadiyyatdakı vəziyyəti tənzimləmək üçün hazırladığı qanunlara və normativ aktlara dəyişikliklərdən gedir.
Jurnalistlərin fikrincə, Argentinanın hakimiyyət orqanları, xüsusilə də, nazirliklərin sayını azaltmaq da daxil olmaqla, dövlət xərclərini azaltmaq niyyətindədir. Bundan əlavə, enerji və nəqliyyat subsidiyalarının azaldılması planlaşdırılır və hələ icrasına başlanmamış bütün infrastruktur dövlət layihələri dondurulacaq.
AP qeyd edib ki, Argentina hökuməti artıq bir sıra sənaye sahələrinə, şərab sektoru, turizm, kirayə mənzil bazarı və digər sahələrə müdaxilə edə bilməyəcək.
Yeniliklər iş şəraitinə də təsir edəcək. İstənilən ixrac məhdudiyyəti qadağan olunacaq, hökumət qiymətləri tənzimləməkdən imtina edəcək, ölkədə 12 saatlıq iş gününü qanuniləşdirəcək və analıq məzuniyyətini azaldacaq və s.
Mileyin islahatları ilə bağlı səsvermə yanvarın 25-də Argentina Milli Konqresinin aşağı palatasının plenar iclasında keçiriləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay