Aİ Rusiya aktivlərindən istifadə məsələsinin həll oluna biləcəyi tarixi açıqladı
İmmobilizasiya olunmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı qərar Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasına qədər veriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel deyib.
Aİ Şurasının iş planına əsasən, növbəti iclas martın 18-nə təyin edilib.
“İmmobilizasiya olunmuş Rusiya aktivlərinə gəlincə, mən hesab edirəm ki, biz dekabrda təqdim edilmiş təkliflər əsasında, gəlirlərə diqqət yetirməklə işi başa çatdırmaq üçün siyasi razılaşmalarımız olduğunu söyləyə bilərik... Və demək olar, əminəm ki, bu, tezliklə başa çatacaq. Müzakirə səfirlər səviyyəsində davam edəcək, amma görürəm ki, razılaşmalar olacaq. Mən çalışacağam ki, bu qərar Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasına qədər qəbul edilsin”, - o, Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclası başa çatdıqdan sonra mətbuat konfransında deyib.
Bundan əlavə, Borrell Ukraynanın xüsusi hərbi dəstək fondu üçün 5 milyard avro ilə bağlı razılaşmaların əldə olunacağına ümid edir.
“ Ümid edirəm ki, biz Ukraynaya yardım fondu yarada bilməmiz üçün Avropa Sülh Fondu üçün əlavə 5 milyard avro ilə bağlı razılığa gələcəyik. Biz Avropa Sülh Fondunun bu yeni anda necə fəaliyyət göstərəcəyini üzv dövlətlərə aydınlaşdırmaq üçün müvafiq təkliflər təqdim etmişik”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay