"Apple" Rusiyada 1,1 milyard cərimə ödəyib
Amerikanın İT korporasiyası "Apple" Rusiyada 2022-ci il antiinhisar işinə görə təxminən 1,1 milyard rubl cərimə ödəyib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat Rusiya Federal Antiinhisar Xidmətinin (FAS) rəsmi "Telegram" kanalında yer alıb.
2022-ci ilin yayında "Apple"ın Rusiyada antiinhisar qanunlarını pozduğu aşkarlanıb. Səbəb şirkət tərəfindən "App Store" bazarında proqram tərtibatçıları üçün müəyyən edilmiş sərt məhdudiyyətlər olub.
“Apple" iOS proqram tərtibatçılarına tətbiq daxilində müştərilərə "App Store"dan kənar alışlar üçün ödəniş etmək imkanı, habelə alternativ ödəniş üsullarından istifadə barədə məlumat verməyi qadağan edib", deyə FAS bildirib.
Bu pozuntuya görə tənzimləyici Amerika İT nəhəngini 1 177 988 700 rubl cərimələyib. Şirkət cəriməni 19 yanvar 2024-cü ildə ödəyib. FAS-ın mesajından məlum olur ki, vəsait artıq Rusiya Federasiyasının büdcəsinə köçürülüb.
"Apple" demək olar ki, 3 trilyon dollar kapitallaşması ilə dünyanın ən böyük şirkətidir. "Apple" ilk növbədə müvafiq olaraq "iPhone" və "Mac" markaları altında smartfon və kompüter istehsalı ilə tanınır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay