Yaponiya fond bazarı indeksi 33 illik rekorda yüksəldi
Yanvarın 22-də Yaponiyanın "Nikkei" fond indeksi 1990-cı ilin fevralından bəri ilk dəfə olaraq 36,5 min bəndi keçib.
Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb.
"Nikkei" səhmlərinin orta qiyməti əvvəlki iş günündən 1,6% artaraq 36,546-da bağlanıb. Bu, son 33 il 11 ay ərzində ən yüksək dəyərdir.
Yaponiyanın 225 ən böyük şirkətinin səhmlərinin dəyərini izləyən indeksin artımı süni intellekt üçün çiplərə tələbat fonunda yarımkeçirici şirkətlərin qiymətli kağızlarının bahalaşması ilə bağlıdır.
Xüsusilə, "Taiwan Semiconductor Manufacturing" yüksək performanslı çiplərə artan tələbat səbəbindən keçən həftə proqnozunu yaxşılaşdırıb. Yanvarın 11-də "Nikkei" indeksinin dəyəri 30 ildə ilk dəfə 35 min bəndi keçib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay