"Amazon"a 1,4 milyard dollarlıq əngəl
Avropa Birliyi "Amazon"u bloklamağa hazırlaşır
Valyuta.az xəbər verir ki, Avropa İttifaqının "Amazon" şirkətinə robot tozsoran istehsalçısı "iRobot"u almasına icazə verməyəcəyi ilə bağı iddialar ortaya çıxıb. Bununla bağlı "Amazon"a xəbərdarlıq edildikdən sonra "iRobot"un səhmlərində kəskin azalma müşahidə olunub.
Ceff Bezosun rəhbəri olduğu şirkətin "iRobot"u 1,4 milyard dollara satın almaq istədiyi bildirilir. “The Wall Street" jurnalının yazdığına görə, Avropa Komissiyasının rəsmiləri ilə görüşdə "Amazon"a böyük ehtimalla razılaşmanın rədd ediləcəyi barədə məlumat verildiyi bildirilib. Xəbərdən sonra "iRobot"un səhmləri 36 faizdən çox ucuzlaşıb.
Elektron ticarət nəhəngi 2022-ci ilin avqustunda "iRobot"u almaq planını açıqlamışdı. Avropa İttifaqı isə bunun ticarətdəki rəqabətə zərər verəcəyini düşünür.
Avropa İttifaqının müqaviləni təsdiq və ya rədd etməsi üçün fevralın 14-dək vaxtı var.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay