Dünya
19.01.2024 / 21:27
Pərakəndə satışların azalması Britaniyada tənəzzül riskini artırıb
40770
Dekabrda Böyük Britaniya pərakəndə satışlarının 2020-ci ilin may ayından bəri ən aşağı səviyyələrə düşməsi krallıq iqtisadiyyatının 2024-cü ilin sonunda tənəzzülə girə biləcəyi risklərini artırır.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Keçən ay Britaniya pərakəndə satıcıları bayram mövsümünə baxmayaraq, noyabr ayı ilə müqayisədə 3,2% az mal satıblar. Nəticələrin bütün proqnozlardan bir neçə dəfə pis olduğu ortaya çıxıb.
Ümumilikdə, milli pərakəndə satışlar 2023-cü ilin yanvar-dekabr ayları arasında 2,8% azalaraq, 5 ilin ən aşağı səviyyəsinə düşüb. Böyük Britaniyada illik inflyasiya gözlənilən 3,8%-ə qarşı 4% təşkil edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay