Burger King blogerdən böhtana görə mətbəxdə 40 saat məcburi işləməsini tələb etdi
Burger King şəbəkəsi Moskvanın Presnenski Məhkəməsinə iddia qaldıraraq, şirkətin burgerlərinin odda bişirilməməsi ilə bağlı “Samy Sugar” YouTube kanalının müəllifinə qarşı özünün işgüzar reputasiyasını ləkələyən, həqiqətə uyğun olmayan məlumat paylaşdığı üçün iddia qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS müxbirinin baxdığı iddiada deyilir.: (blogerin) videosunda yayılan məlumat qınaq doğurur, istehlakçılar arasında ərizəçinin məhsullarına mənfi rəy yaradır və iddiaçının reputasiyasını aşağılayır (diskreditə edir), iddiaçının biznes fəaliyyətinə mənfi təsir göstərir”, – iddia ərizəsinin mətnində deyilir. Şirkət böhtana görə cəza olaraq, kotletlərin odda qızardılmasına əmin olmaq üçün blogerə 40 saat restoranda ət qızardan kimi işləməyi təklif edir”.
Öz növbəsində, TASS-a rayon məhkəməsinin mətbuat xidməti bu iddianın məhkəməyə daxil olduğunu təsdiqləyib, lakin onun məhkəmə tərəfindən baxılmasına dair qərarın hələ qəbul edilmədiyini bildirib.
İddiaçının dediyinə görə, Youtube kanalının müəllifi 29 noyabr 2023-cü ildə restoranın məşhur yeməklərindən birinə - "Angus Four Cheese"-ə istinad edən bir video yerləşdirib və iddia edir ki, Burger kotletinə maye tüstü (oxşar ləzzəti saxlamaqla odun tüstüsü ilə bişirmək üçün istifadə edilən maye) "ətin odda bişirilməsini simulyasiya etmək üçün" tökülür. “Beləliklə, qeyri-müəyyən bir dairənin iştirakı ilə cavabdeh ərizəçinin şərəf və ləyaqətini ləkələyən, onun nüfuzuna xələl gətirən, yəni Burger King Russia brendinin imicinə xələl gətirən qəsdən yalan məlumatlar yaymışdır”.
Bununla əlaqədar, iddiaçı Presnenski məhkəməsindən videodakı məlumatı işgüzar nüfuzuna böhtan və həqiqətə uyğun olmayan kimi tanımasını, blogerin bu məlumatı açıq şəkildə təkzib etməsini, həmçinin ona Burger King restoranının mətbəxində ət qızardan sifətində 40 saat məcburi iş təyin etməyi xahiş edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay