Rusiya Britaniyaya Barents dənizində balıq tutmağı qadağan edəcək
Rusiya Britaniya gəmilərinə Barents dənizinin sularında balıq tutmaq hüququ verən Böyük Britaniya ilə sazişdən imtina etməyə hazırdır.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazır.
Nəşr yazır ki, müvafiq qanun layihəsi Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilib və artıq hökumət dəstəyi alıb. Bu, ötən həftə Nazirlər Kabinetinin Qanunvericilik fəaliyyəti Komissiyasına təqdim olunan sənədlərdən məlum olub.
Hökumət sazişin denonsasiyasının Rusiya üçün ciddi nəticələrə səbəb olmayacağını qeyd edərək layihəni dəstəkləyib. Səlahiyyətlilər qeyd ediblər ki, bu addım yalnız Böyük Britaniyanın 2023-cü ilin martında Rusiyanı ən əlverişli ticarət statusundan çıxardıqdan sonra atılıb.
Belə ki, Rusiya tərəfi üçün müəyyən Rusiya mallarının ölkəyə idxalına görə 35% əlavə rüsum tətbiq edilib. Bu, “Böyük Britaniya üçün mənfi nəticələri minimuma endirməklə yanaşı, Rusiya iqtisadiyyatına maksimum zərər vurmaq” məqsədilə edilib”, - Britaniya rəhbərliyinin bəyanatında qeyd olunub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay