Zənginləri daha da zənginləşdirən "dovşan"
"Bloomberg"in siyahısında yer alanən zəngin 500 milyarderin 77 faizi 2023-cü, yəni Dovşan ilində daha da varlanıb.
Valyuta.az xəbər verir ki, zənginlər sırasında ilk pillədə olan İlon Maskın sərvəti 98 milyard dollar artaraq 235 milyarda çatıb. "Louis Vuitton"un sahibi fransız iş adamı Bernar Arnault isə 179 milyard dollarlıq sərvəti ilə ikinci yerdədir. Arnault siyahının ilk "10-luğ"unda yer alan yeganə qeyri-amerikalıdır. "Amazon"un sahibi Ceff Bezos 178 milyard dollarla üçüncü yeri qoruyub. "Meta"nın qurucusu və sahibi Mark Zukerberq isə bu il sərvətini ən çox artıran ikinci şəxsdir. 2022-ci ildə baş verən qəzadan sonra "Meta"nın səhm qiymətləri yenidən yüksəlməyə başladığı üçün sərvətini 83 milyard dollar artıran Zukerberq 128 milyard dollarla siyahıda altıncı yerdə qərarlaşıb.
İlk "15-li"ə daxil olan milyarderlər arasında sərvəti azalan yeganə şəxs "Adani Group"un sahibi hindistanlı iş adamı Qautam Adani olub. 36,3 milyard dollar itki ilə üzləşən şirkət sahibinin sərvəti 84,3 milyard dollara enib. Bu səbəbdən Adani, "İlk 10-luq"dan kənarda qalıb. Şirkətin itkilərinin mənbəyi hindistanlı iş adamı ilə bağlı birja qalmaqalıdır. Adani ilin ilk aylarında səhmlərin manipulyasiyasında ittiham edilsə də, ona qarşı irəli sürülən iddiaları rədd edib.
Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalara baxmayaraq, sərvətlərini artıran milyarderlər sırasında rus oliqarxların da adları var. Nikel nəhəngi Vladimir Potanin sərvətini iki milyard dollar artıraraq 30,6 milyarda çatdırıb. Sərvəti 20,3 milyard dollar olan Əlişir Usmanov isə büdcəsini 1,88 milyard dollar artırıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay