DƏYMƏƏ ABŞ-ın aparıcı bankları bu il 20 minə yaxın işçini ixtisar edib
ABŞ-ın aparıcı bankları, “JPMorgan Chase & Co” istisna olmaqla, bu il tədricən iş yerlərini ixtisar edir.
“Report” xəbər verir ki, bu barədə bank hesabatlarında təqdim olunan məlumatlara istinadən “CNBC” yazıb.
Bu ilin əvvəlindən bəri “Citigroup Inc”, “Bank of America Corp”, “Morgan Stanley”, “Wells Fargo & Co” və “Goldman Sachs Group Inc”də ümumilikdə 20 minə yaxın işçi ixtisara düşüb.
Amerika maliyyə şirkətləri sektorda aktivliyin artması səbəbindən COVID-19 pandemiyası zamanı işçi qüvvəsinin sayını fəal şəkildə artırıb. Bununla belə, Federal Ehtiyat Sisteminin monetar siyasətini sərtləşdirməsi ABŞ iqtisadiyyatının “soyuqlaşmasına”, ipoteka kreditlərinə tələbin azalmasına, həmçinin birləşmə, satınalmalarda və istiqrazların təklifində aktivliyin azalmasına səbəb olub.
ABŞ-da korporativ və istehlak kreditləri üzrə defoltların sayının artması o deməkdir ki, banklar gələn il daha da dərin iş ixtisarına əl atmalı olacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay