Köçmək üçün dünyanın ən yaxşı və ən pis ölkələri - SİYAHI
Xaricdə yaşamaq və işləmək üzrə yeni bir araşdırma ekspatlar üçün ən yaxşı və ən pis ölkələri açıqlayıb.
Valyuta.az xəbər verir ki, dünyanın ən böyük əcnəbilər şəbəkəsi olan Internations-dan Expat Insider tərəfindən aparılan son araşdırmada ölkələr yaşayış qiymətindən tutmuş mənzil və yüksək sürətli internetin əlçatanlığına qədər əcnəbi həyatının 56 aspekti əsasında sıralanıb. Sorğuda 171 milləti təmsil edən və 172 ölkədə və ya ərazidə yaşayan 12 mindən çox emiqrant iştirak edib.
Sorğunun nəticələrinə görə, Meksika dünyanın köçmək üçün ən yaxşı ölkəsi kimi tanınıb. Yerli əhalinin əcnəbilərə qarşı mehribanlığı, ziyarətçilərə dəstək səviyyəsi, mənzillərin əlçatanlığı və ümumi maliyyə məmnunluğu kimi göstəricilərə görə ölkə birinci yeri tutub.
İkinci yerdə mədəni həyatı, səhiyyə və idman obyektləri, iqlimi və karyera perspektivləri ilə təriflənən İspaniya qərarlaşıb. Panama ilk üçlüyü bağlayıb, burada əcnəbilər məskunlaşmanın asanlığı və yerli əhalinin qonaqpərvərliyindən xüsusilə razıdırlar.
Ekspatlar (qürbətçilər) üçün dünyanın ən yaxşı 10 ölkəsi:
1. Meksika
2. İspaniya
3. Panama
4. Malayziya
5. Tayvan
6. Tayland
7. Kosta Rika
8. Filippin
9. Bəhreyn
10. Portuqaliya
Bununla belə, sorğuda iştirak edən əcnəbilər Küveyti köçmək üçün ən pis ölkə adlandırıblar - onları ən çox istirahət üçün şəraitin olmaması və vətəndaşların fikirlərini ifadə etməsinə və fikirlərini açıq deməsinə mane olan sərt qaydalar narahat edir.
Ekspatlar üçün dünyanın ən pis 10 ölkəsi:
53. Küveyt
52. Norveç
51. Türkiyə
50. Cənubi Koreya
49. Almaniya
48. Cənubi Afrika
47. İtaliya
46. Malta
45. Yeni Zelandiya
44. Yaponiya
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay