ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 6,13 milyon barel azaldı
Ötən həftə ABŞ-ın neft ehtiyatları 6,13 milyon barel azalaraq 433,53 milyon barrelə düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə “Enkorr” ABŞ Energetika Nazirliyinin məlumatlarına istinadən yazıb.
“ABŞ-da kommersiya neft ehtiyatları keçən həftə 6,13 milyon barel azalaraq 433,53 milyon barelə qədər düşüb”, - hesabatda deyilir.
Bundan əlavə, benzin ehtiyatları 1,47 milyon barel artaraq 217,63 milyon barel təşkil edib. Distillatların kommersiya ehtiyatları da 945 min barel artaraq 116,69 milyon barelə çatıb.
Ümumilikdə ekspertlər neft ehtiyatlarının 3 milyon barel, benzinin isə 481 min barel azalacağını proqnozlaşdırırdılar. Distillat ehtiyatları isə 698 000 barel artmalı idi.
Xatırladaq ki, çərşənbə günü, avqustun 23-də neft qiymətləri aşağı düşüb, çünki treyderlər potensial təhlükəli istehsal məlumatları və faiz dərəcələrini müzakirə etmək üçün mərkəzi bankların illik toplantısı öncəsi ehtiyatlı davranıblar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay