Almaniyanın XİN şefindən Rusiyaya qarşı sanksiyalarla bağlı etiraf
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya Federasiyasına qarşı sanksiyaların effektiv olmadığını etiraf edib.
Valyuta.az DW-yə istinadla xəbər verir ki, Berbokun sözləri jurnalist Stefan Lambinin "Fövqəladə vəziyyət. Müharibə zamanı idarəetmə" kitabında sitat olaraq verilib.
Onun sözlərinə görə, Rusiyada “iqtisadi sanksiyalar iqtisadi effekt verməlidir, lakin bu, belə deyil”, çünki “demokratik ölkələrin məntiqi avtokratik ölkələrdə işləmir”.
"Biz aşkar etdik ki, sivil hökumətlərin öz aralarında danışıqlar apardıqları rasional qərarlar, rasional tədbirlər bu müharibəni bitirməyəcək", - Berbok bildirib.
Bildirilib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları zaman keçdikcə artacaq və Rusiya iqtisadiyyatına uzunmüddətli təsirini artıracaq.
Xatırladaq ki, iyunun 23-də Aİ Şurası Rusiyaya qarşı ilk növbədə mövcud sanksiyalardan yayınma ilə mübarizəyə yönəlmiş 11-ci sanksiyalar paketini təsdiqləyib.
Digər məsələlərlə yanaşı, səlahiyyətli orqanlar tərəfindən sanksiya olunmuş neftin və ya limitdən yuxarı qiymətə alınmış neftin daşınmasında iştirakda şübhəli bilinən gəmilərin Aİ-nin limanlarına və şlüzlərinə girişinə qadağa qoyulmasını nəzərdə tutur.
Almaniya və Polşanın Rusiyadan xam neftin Drujba kəmərinin şimal hissəsindən nəqlinə dair sanksiyalardan müvəqqəti azad edilməsi də başa çatır. Eyni zamanda, bu yolla Qazaxıstandan və ya digər üçüncü ölkələrdən neft nəql etmək mümkün olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay