BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
31836

Birləşmiş Millətlər Təşkilatı qış mövsümündə Ukraynaya dəstək üçün 268 milyon dollar toplamaq təşəbbüsü ilə çıxış edib.

Valyuta.az “Ukrinform”a istinadla xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib. Onun dediyinə görə, BMT tərəfdaşları ilə birlikdə qış aylarında 1,3 milyon insana yardım göstərmək üçün vəsait toplamaq təşəbbüsü ilə çıxış edib.

Düjarrik qeyd edib ki, işğalçılar Ukraynanın infrastrukturuna ciddi ziyan vurub və bu, soyuq mövsümdə milyonlarla insanı həddindən artıq risk altında qoyur.

"Yardım ehtiyacı ilə bağlı hesablamalar humanitar təşkilatların kəskin enerji böhranı şəraitində 2,2 milyon insana oxşar xidmətlər göstərdiyi və 4000-dən çox generatoru təhvil verdiyi keçən qış təcrübəsinə əsaslanır", - Düjarrik izah edib.

BMT baş katibinin nümayəndəsi vurğulayıb ki, bu qış BMT cəbhəyanı ərazilərdəki evlərin təcili təmirinə üstünlük verəcək.

"Köçkünlər üçün mərkəzlərdə təmir işləri və məcburi köçkünlərə maliyyə yardımı da prioritet hesab olunur ki, onlar kirayə və ya kommunal xərcləri ödəyə bilsinlər. Humanitar təşkilatlar bələdiyyələrin istilik sistemlərinin təmirinə kömək edəcəklər", - deyə baş katibin nümayəndəsi əlavə edib. 

Qeyd edək ki, avqust ayına olan məlumata görə, Ukraynanın yeraltı qaz anbarlarına artıq 12,3 milyard kubmetrdən çox mavi yanacaq vurulub. Cari istilik mövsümü başlayana qədər 14 milyard kubmetr qaz yığmaq planlaşdırılır.

Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qazın hasilatı və yeraltı anbarlara vurulması müəyyən olunmuş qrafikə uyğun aparılır. Bundan əlavə, Ukrayna istehsal templərini artırır. 

Mütəxəssislərin fikrincə, zədələnmiş energetika obyektlərinin təmiri üçün avadanlıq və pul çatışmazlığı səbəbindən Ukrayna enerji sisteminin sabitliyini müharibədən əvvəlki, ən azı ötən ilin oktyabrı səviyyəsinə qaytara bilməyəcək.

Baş nazir Denis Şmıxal bildirib ki, Ukraynada qış mövsümü çətin keçəcək, hökumət qışın öhdəsindən gəlinməsi üçün müxtəlif senarilərə hazırlaşır.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin