“Jameson” və “Ararat”ın istehsalçısı Rusiyada nümayəndəliyini bağlayır
“Chivas Regal”, “Jameson”, “Ballantine's” və “Ararat” kimi brendlərin sahibi olan alkoqol konserni “Pernod Ricard” Rusiyadakı nümayəndəliyini bağlamağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.
“Pernod Ricard”ın tərkibinə daxil olan “Yerevan Brendi Şirkəti”nin (YBC) keçmiş rəhbəri İqnati Arakelyan Rusiya nümayəndəliyinin rəhbəri təyin edilib. O, bu vəzifədə başqa bölgəyə köçən Loran Pileti əvəz edir. Şirkət Rusiyada fəaliyyətini dayandıracaq, lakin onun brendləri paralel idxal vasitəsilə bazarda qalacaq. Mütəxəssislər Rusiyada ofis saxlamaqla bağlı risklərə diqqət çəkir və qeyd edirlər ki, ölkədə beynəlxalq alkoqol brendləri mərkəzləşdirilmiş distribütorlüyü itirə bilər.
YBC-də istehsal olunan “Ararat” konyakının Rusiyaya tədarükü davam etdiriləcək və onun paylanmasını “Luding Group” həyata keçirə bilər. YBC-nin mümkün satışı ilə bağlı hələlik razılıq əldə olunmayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay