BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
31618

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı fonunda 2022-ci ildə gənc rus ailələri ərzaq istehlakını kəskin şəkildə azaldıb, lakin ərzaq xərclərini artırıb. 

Valyuta.az xəbər verir ki, “Rosstat” bülleteninə görə, ərzaq məhsullarının əsas qruplarında 2021-ci illə müqayisədə azalma 8-dən 22%-ə, ümumi xərclərdə ərzaq xərcləri isə 29,3%-ə yüksəlib. 

Qidalanma tərkibinə görə, gənc ailələr karbohidratlar (gündə orta hesabla 50 q, 271 q) və yağ (16,5 q, 90,8 q) istehlakını daha çox azaldıblar. Protein qəbulu bir qədər az azalıb - 14 q, 68,8 q. Nəticədə, pəhrizin ümumi kalorili qəbulu 393 kilokalori azalaraq gündə 2186-a düşüb.

“Rosstat” məlumatlarına görə, rusiyalılar süd və süd məhsulları istehlakını xeyli azaldıb - 2021-ci illə müqayisədə 22%, orta hesabla ildə adambaşına 217,5 kq. Meyvə və giləmeyvə, eləcə də bitki yağı və digər piylərin miqdarı 19% azalaraq adambaşına müvafiq olaraq 62,8 kq və 7,8 kq olub.

Gənc ailələr balıq və balıq məhsullarını 17% az (17,5 kq-a qədər), çörək istehlakı 15% (76 kq-a qədər), şəkər və qənnadı məmulatları 14% (25,6 kq-a qədər), yumurta 12% azalıb (199 ədədə qədər). Ən xırda azalma kartof (mənfi 8%, 44,4 kq), həmçinin tərəvəz və bostan məhsulları (mənfi 9%, 85 kq) istehlakında qeydə alınıb.

2022-ci ildə ərzaq istehlakında frontal azalmanın müşahidə olunduğu yeganə əhali qrupu gənc ailələr deyil. Natamam ailələr də istehlaklarını azaldıblar.

Qeyd edək ki, 9 avqust 2023-cü ildə Rusiya rublu dünyanın ən zəif valyutaları üçlüyünə daxil olub. 2023-cü ilin yeddi ayı ərzində rubl dollar qarşısında 57% dəyər itirib.

İşğalçı ölkənin pul vahidi eniş sürətinə görə hətta türk lirəsini də keçib.

2023-cü il avqustun 12-də rubl bir dollar üçün 100 vahidə qədər ucuzlaşıb.

Rusiya Mərkəzi Bankı təcili olaraq əsas faiz dərəcəsini qaldırıb. Rusiya Bankının Direktorlar Şurası fövqəladə iclasında əsas faiz dərəcəsini 3,5 faiz bəndi - illik 8,5 faizdən 12 faizə qaldırmaq qərarına gəlib.

16 avqust 2023-cü ildə “Reuters” Moskvanın rublu dəstəkləmək üçün fövqəladə məhdudiyyətlər hazırladığını yazıb. Demək olar ki, dərhal rublun çökməsindən qəzəblənən Putinin fövqəladə iclas çağırdığı barədə məlumat ortaya çıxıb. 

2023-cü il avqustun 17-də media yazıb ki, rublun çökməsi səbəbindən Putin müharibə ilə iqtisadiyyatını xilas etmək arasında seçim etməli olacaq.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Qubada 5 ha meyvə bağı 6,5 milyon manata satışa çıxarılıb

"Toyota"nın qlobal istehsalı ardıcıl doqquzuncu ay azalıb

Bakıda söküntü başladı: İki yeni park salınacaq - ÜNVANLAR

“İş yerləri olsa da, ya maaş qane etmir, ya da başqa səbəblər olur”

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Avropa bazarına qısa baxış: Fransanın büdcəsi və Almaniyanın inflyasiya göstəriciləri

Sürücülərin növbəti imtahanının tarixi açıqlandı

Azərbaycanın daxili dövlət borcu bu il 1.3 mlrd. manat artıb

11 ayda valyuta hərraclarında 6.6 mlrd. dollar satılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin