Rusiya rublun ucuzlaşması səbəbindən kapital axınına nəzarəti bərpa edə bilər - KİV
Rusiya Federasiyası rublun ucuzlaşmasının qarşısını almaq üçün ixracatçılar tərəfindən valyutanın məcburi satışı praktikasını bərpa edə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazır.
“İxrac gəlirlərinin məcburi satışı ilə bağlı təklif bazar ertəsi Rusiya Mərkəzi Bankı uçot dərəcəsinin planlaşdırılmamış artımını elan etməzdən əvvəl hökumətlə ixracatçılar arasında keçirilən görüşdə müzakirə edilib”, deyə "Bloomberg" yazır.
Qeyd edilir ki, bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib və “bu həftə daha bir oxşar görüş baş tuta bilər”.
"Bloomberg" xatırladır ki, çərşənbə axşamı Rusiya Mərkəzi Bankı rublun dollara nisbətdə məzənnəsi müvəqqəti olaraq 100-dən aşağı düşdükdən sonra uçot dərəcəsini 8,5%-dən 12%-ə qaldırıb. Sonuncu dəfə Rusiya valyutası ötən ilin martında Ukraynanın işğalı zamanı belə ucuzlaşmışdı.
“İxracatçıların zorla pul tələb etməsi, habelə digər tədbirlər, məsələn, xarici valyutada bank köçürmələrinə məhdudiyyətlər müharibə başlayandan sonra rublun ucuzlaşmasının qarşısını almağa kömək etdi”, deyə nəşr xatırladır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay