BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
31538

Rusiya Federasiyasında dollar və avro uçot dərəcəsinin fövqəladə artımından dərhal sonra yenidən yüksəlməyə başlayıb. Avqustun 15-də Mərkəzi Bankın məzənnəsinin fövqəladə artırılması rublun möhkəmlənməsinə səbəb olmayıb, Moskva birjasında dollar və avro yenidən artıma başlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır. Bunu Moskva birjası məlumatları da təsdiq edir.

"Rusiyada uçot dərəcəsinin artırılması çöküşdən sonra rublu qaldıra bilmədi", - “Bloomberg” yazıb.

RBC Bluebay Asset Management-in inkişaf etməkdə olan bazarlar üzrə baş strateqi Timoti Eş “Bloomberg”ə bildirib ki, "Daha yüksək dərəcələr heç nəyi həll etməyəcək. Onlar yalnız ÜDM-in yavaş artımı bahasına devalvasiya tempini müvəqqəti olaraq ləngidə bilər". 

Eş qeyd edir ki, əsas problem müharibə və sanksiyalardır və burada Mərkəzi Bankın səlahiyyəti yoxdur.

“Bloomberg”in sorğusuna qatılan ekspertlər də məzənnə şokunun əsas təsirinin hələ gözlənilmədiyini vurğulayırlar. Devalvasiya iqtisadiyyata inflyasiyanın sürətlənməsini vəd edir ki, bunu ruslar hələ də öz ciblərində hiss edə bilmirlər, üstəlik, bu, Kreml üçün ən uğursuz anda - 2024-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi baş verəcək. 

“Bloomberg Economics”in rusiyalı iqtisadçısı Aleksandr İsakov xəbərdarlıq edir: "İstehlakçı qiymətlərinə keçid məzənnə şokundan təxminən altı ay sonra zirvəyə çatacaq. Və istehlakçı inamı 2024-cü ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində ən aşağı nöqtədə olacaq". 

Bu arada, Moskva Birjasının məlumatları göstərir ki, Mərkəzi Bankın planlaşdırılmamış iclasından sonra əsas faiz dərəcəsi illik 8,5%-dən 12%-ə qaldırılıb. Səhər saatlarında 95,11 rubla qədər ucuzlaşan dolların məzənnəsi Moskva vaxtı ilə 13,23-də 98,17 rubla yüksəlib. Avro 107,36 rubla kimi bahalaşıb, baxmayaraq ki, ticarətin ilk saatlarında 104 rubldan aşağı düşüb.

Xatırladaq ki, Rusiya Bankının Direktorlar Şurası avqustun 15-də fövqəladə iclasında əsas uçot dərəcəsini 3,5 faiz bəndi - illik 8,5 faizdən 12 faizə qaldırmaq barədə qərar qəbul edib.

Avqustun 14-də rublun rəsmi məzənnəsi 1 dollar üçün 100 rublu ötüb.

Rusiya valyutasının zəifləmə tendensiyası 14 aydır ki, davam edir. Bundan əvvəl rublun düşməsi kəskin olsa da, qısamüddətli idi.

Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, rublun zəifləməsinin və inflyasiyanın sürətlənməsinin əsas mənbəyi sərbəst pul-kredit siyasətidir.

Nicat
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycana Türkiyədən bir kiloqramı 357 manata şəkər çuğunduru toxumu gətirilir - ÖLKƏLƏR, QİYMƏTLƏR

"KARVAN BROKER" gömrük qaydalarını pozub

Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub

Bazarlarda sahibkarlar vergi orqanında uçotda olmalıdır, əks halda 6 000 manatadək sanksiya

Kapital Bank pərakəndə bankçılıq sahəsində iki beynəlxalq mükafata layiq görüldü®

Neqativ kredit tarixçəsi ilə bağlı ödənişsiz bildiriş almaq mümkün olacaq

Kəmaləddin Heydərov rəisi işdən çıxardı (FOTO)

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Orada gizli seyf olubmuş - "Nazir və müşaviri nəzarət edirdi..."

Prezident Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin