Rublun ucuzlaşması Azərbaycana nə vəd edir? - Ekspert
“Rus rublunun dəyər itirməsi gözlənilən idi”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli Rusiya rublunun kəskin dəyərsizləşməsindən danışarkən deyib. Onun sözlərinə görə, rublun dəyər itirməsində Azərbaycan iqtisadiyyatına çox ciddi fəsadlar gətirməyəcək:
“Bunun səbəbi Ukrayna hadisələridir. Rusiya ciddi şəkildə rezervlər xərcləyir. Ökənin rezervlərinin bir hissəsi Avopa və Amerika tərəfindən dondurulub. Əldə qalan rezervlər var, eyni zamanda əvvəlki illərdə neft və qaz qiymətləri həddindən artıq yüksək idi. Oradan ölkəyə ciddi vəsait daxil olurdu. Həmçinin rublun dəyərinin artmasını şərtləndirən səbəblərdən biri Rusiya qazı rubl ilə satacağını elan etməsi idid. Bu da rublun dəyərinin artmasını şərtləndirirdi. Amma zaman etibarı ilə uyğun variant olmadığı üçün hazırda qaz və neft resursları rubla deyil, dollar və avro ilə satılır".
Cəfər İbrahimli hesab edir ki, risklər getdikcə sürətlənir:
“Bu da ölkə daxilində fikir ayrılıqlarına gətirib çıxardır. Ona görə bu ciddi şəkildə rublun üzərində təzyiq yaradır və dəyər itirməyə davam edir. Xarici ticarətdə Rusiya ciddi patnyorumuzdur. Bu Azərbaycana necə təsir edəcək? Düşünürəm ki, biz Rusiyadan ixracdan çox idxal edirik. Təxminən idxalımız 3 dəfəyə yaxın çoxdur. Rusiyadan aldığımız məhsullar xammal və yarımfabrikat məhsullardır ki, onları daha çox istehsalda istifadə etmək üçün alırıq. Əslində rublun bu şəkildə dəyər itirməsi bizim həmin məhsulları idxal etməyimizi rahatlaşdırır. Nəzərə alsaq ki, Rusiyanın ixrac imkanları da məhdudlaşıb, ona görə bizim kimi ölkələrə ixrac məhsullarını satmaqda maraqlıdır. Bu mənada bizim daxili bazar üçün təhlükə gözləmirəm”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay