Kreml Hindistana neft tədarükünü 11 dəfə artırdı
Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda, 2023-cü ilin yanvar-may aylarında Kreml Hindistana neft tədarükünü 37 milyon tona çatdırıb ki, bu da keçən ilin eyni dövrüylə müqayisədə təxminən 11 dəfə çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın “Vedomosti” qəzeti Hindistan Sənaye və Ticarət Nazirliyinin statistikasına istinadən yazıb.
Məlumata görə, Hindistan bütün 2022-ci il ərzində 33,4 milyon ton Rusiya nefti idxal edib. Hindistana xammal tədarükünə görə ikinci yerdə beş ayda 21,4 milyon ton neft ixrac edən İraqdır; sonrakı yerdə Səudiyyə Ərəbistanı (17,5 milyon ton) gəlir.
Bununla yanaşı, ekspertlər Hindistan üçün Rusiya neftinin qiymətinin aşağı düşdüyünü qeyd edirlər: İyun ayında “Urals” neftinin bir barelinin qiyməti yükdaşıma xərcləri nəzərə alınmaqla bu ilin may ayı ilə müqayisədə 3% azalaraq 68,17 dollar olub. May ayında Rusiya neftinin bir barreli Yeni Dehli üçün 70,17 dollara, bir il əvvəl isə 100,48 dollara başa gəlib.
Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, iyunda “Urals”ın orta qiyməti 55,28 dollar təşkil edib ki, bu da 2022-ci ilin iyun ayına (87,25 dollar) nisbətən 1,6 dəfə azdır.
Qeyd edək ki, Avropa sanksiyaların bir hissəsi olaraq Moskvadan tədarükdən imtina etdikdən sonra 2023-cü il martın 8-dən etibarən Rusiya Hindistana neftin aparıcı təchizatçısına çevrilib. Bildirilib ki, Hindistan tərəfindən Rusiya neftinin alınması üzrə sövdələşmələr yüz milyonlarla dollara bərabərdir.
Hindistanla əməliyyatların əksəriyyəti dollarla deyil, digər valyutalarla aparılır.
11 mart 2023-cü il tarixinə Rusiya 18-ci yerdən dördüncü yerə yüksələrək Hindistanın əsas idxalçısına çevrilib. 2022-ci ilin noyabr ayı ilə müqayisədə Hindistana neft tədarükü 24% artıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay