Kompüter oyunu ilə “Ginnesin Rekordlar Kitabı”na düşdü
Polşada Pavel Sisinski adlı bir gənc “Football Manager” kompüter oyununda 528 oyun ili oynayaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Valyuta.az xəbər verir ki, Pavelin bu rekordu qırması 453 gün çəkib. O, son 81 gündə 20 saatını oyunda keçirib.
“Football Manager” seriyası oyunçulara futbol meneceri olmağa və sevimli komandalarını məşq etdirməyə, oyunlara çıxarmağa imkan verən menecerlik oyunudur. Sisinski də “Football Manager”da ən uzun müddət oynayan oyunçu kimi “Ginnesin Rekordlar Kitabına” düşüb. O, 2018-ci ilin yanvarındakı oyun tarixindən başlayaraq, 21 May 2546-cı ilə qədər oynamağa davam edib. O, bu müddət ərzində keçirdiyi 25084 matçın 73 faizində qalib gəlib. 2114-2434-cü illər arasında o, virtual karyerasının 310 ilini İslandiyanın “Filmeikafelag Hafnarfjarar” komandasını idarə edərək keçirib.
Pavel açıqlamasında, “Ən böyük nailiyyətim “Hafnarfjarar”a 301 ölkə titulu, Çempionlar Liqasını, Avropa Liqasını və Klublararası Dünya Kubokunu qazandırmaq oldu. Mən daha az tanınan liqaları sevirəm. Uşaqlıqdan bəri bu liqa ilə maraqlanıram və az qala bilinməyən bir klubda uğur qazanmaq böyük həzz və məmnunluq gətirir" - ifadələrindən istifadə edib.
Sisinskinin oyunda keçirdiyi vaxtın 10.887 saat olduğu bildirilib. Buna uyğun olaraq, polşalı gənc 453 gün 15 saat müddətində “Football Manager” oynayıb. Pavel PSJ (Fransa), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə) və “İnter” (İtaliya) kimi Avropa nəhənglərində də uğurlu dövrlər keçirib.
Əvvəlki rekordçu “Football Manager 2017”də 333 il ərzində cəmi 81 gün 20 saat oyun keçirən almaniyalı Sepp Hedel idi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay