Dünya
20.06.2023 / 22:45
15 gilasdan ibarət qutu 3500 dollara satıldı
29528
Yaponiyada keçirilən ilk hərracda 15 ədəd “Aomori Heartbeat” albalı olan qutunun qiyməti ötən ilin rekordunu qıra bilməyib və 500 min yenə (təxminən 3,53 min dollar) satılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Aomori" telekanalı məlumat yayıb.
Yaponiyanın Aomori prefekturasında yetişdirilən bu albalı çeşidi giləmeyvə ölçüsünə görə seçilir - diametri 3,1 santimetrdən çox, parlaq qırmızı rəng və zəngin dad balansı.
Bu il ilk hərrac zamanı 15 giləmeyvə qutusunun maksimal qiyməti 500 min yen olub. Cəmi 10 qutu satılıb.
Yüksək qiymətə baxmayaraq, builki auksion 2022-ci ilin rekordunu qıra bilməyib. Həmin vaxt 15 ədəd "Aomori Heartbeat" albalı qutusu 600 000 yenaya (o vaxt 4400 dollar) satılmışdı.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay