Milyonçular Çindən qaçır, ərəb ölkəsinə üz tutur
“Henley & Partners” konsaltinq şirkəti və “New World Health” dünyadakı varlı vətəndaşların miqrasiyasına dair son hesabatını təqdim edib.
Valyuta.az xəbər verir ki, hesabatda dollar milyonerlərinin hansı ölkələri tərk etdiyi və daha çox hara köçməsi barədə statistika yer alıb.
Birinci yeri Çin tutub. 2022-ci ilidə ən çox varlı vətəndaş bu ölkəni tərk edib - təxminən 10,8 min nəfər.
Ən çox milyonçu isə Birləşmiş Ərəbə Əmirliklərinə üz tutub - - 5,2 min nəfər.
Ən maraqlı məqam Rusiya ilə bağlıdır. Keçən il analitiklər ölkə tarixində varlı vətəndaşların ən böyük köçünü proqnozlaşdırmışdılar. Təxminən 15 min milyonerin Rusiyanı bir anda tərk edəcəyi gözlənilirdi. Və belə bir göstərici ilə Rusiya Federasiyası özəl kapitalın xaricə axını üzrə reytinqdə birinci yeri tutmalı idi.
Lakin proqnozlar özünü doğrultmayıb. Belə ki, 2022-ci ilin sonunda Rusiyanı 8,5 min milyonçu tərk edib - gözləniləndən 43,4% az.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay