100 min əhalisi olan nəhəng şəhər-gəmi suya buraxılır (FOTOLAR)
“Titanik”in və müasir kruiz gəmilərinin ölçüləri “Azadlıq Gəmisi”nin unikal layihəsi ilə müqayisədə gülünc görünür. Mübaliğəsiz, göyərtəsinin uzunluğu bir kilometrdən çox olan üzən şəhər sürüşmə yollarından suya buraxılacaq.
Valyuta.az xəbər verir ki, üzən şəhərin çəkisi 3 milyon ton, su həcmi isə 2,7 milyon ton olacaq.
Siz “Azadlıq gəmisi”nə (Freedom Ship) gəmi deyə bilməzsiniz. Çünki u, kruiz gəmisi deyil, çünki gəmidə 70 minə yaxın insan daimi yaşayacaq. Şirkət gəmidə meqapolislərdə olduğu kimi daşınmaz əmlak satmağı planlaşdırır - burada şəxsi villalar və hündürmərtəbəli binalar olacaq.
Ümumilikdə, “Freedom Ship” 100 mindən çox insanı götürə biləcək. Müqayisə üçün deyək ki, İslandiyanın paytaxtı Reykyavikdə cəmi 122 min nəfər yaşayır!
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay