Professor 100 gün suyun altında yaşadı, rekordçu oldu
Dalğıc və tibb tədqiqatçısı, professor Cozef Dituri maraqlı təcrübə aparıb.
Valyuta.az "nbcnews"ə istinadən xəbər verir ki, Dituri 100 gün suyun altında qalıb. Akvalanqlar vasitəsilə 100 gün su altında yaşayan professor cümə günü üzə çıxıb və martın 1-dən başladığı təcrübədən sonra ilk dəfə üzünə günəş işığı dəyib.
10 metr dərinlikdə bir lojada yaşayan professor "suyun altında uzun müddət yaşamaq" rekordunu qırıb. O, 2014-cü ildə eyni lojada iki Tennessi professorunun əldə etdiyi 73 gün, iki saat və 34 dəqiqəlik rekordu qırıb.
Dituri Florida ştatının Key Larqo şəhərində Dəniz Resurslarının İnkişafı Fondu tərəfindən təşkil edilən Neptun 100 Layihəsi çərçivəsindəki missiyası zamanı tibb və dənizlə bağlı elmi tədqiqatlar aparıb və 5500-dən çox tələbə ilə onlayn əlaqə saxlayıb. "Neptun 100 layihəsi" adlı təşəbbüsü fond tərəfindən təşkil edilib. Daxili təzyiqi təxminən səthdəki kimi saxlamaq üçün texnologiyadan istifadə edən sualtı qayıqdan fərqli olaraq, lojanın daxili hissəsi su altındakı yüksək təzyiqə uyğunlaşdırılıb. Layihə insan bədəni və zehninin ekstremal təzyiqə və təcrid olunmuş mühitə uzun müddət məruz qalmasına necə reaksiya verməsi haqqında daha çox öyrənmək məqsədi daşıyırdı və gələcək missiyalarda okean tədqiqatçıları və astronavtların faydalanması üçün nəzərdə tutulmuşdur.
Qaldığı yerdən çıxdıqdan sonra "Bu heç vaxt rekordla bağlı deyildi. Sualtı dünya və təcrid olunmuş, məhdud, ekstremal mühit üçün insanın dözümlülüyünü genişləndirmək haqqında idi" - ifadələrini işlədib.
Lojanın sahibi olan Dəniz Resurslarının İnkişafı Fondu Ginnesin Rekordlar Kitabının Diturinin 100 günlük nişanını təsdiq etməyi xahiş edəcəyini bildirib.
“Dr. Dərin Dəniz” ləqəbi ilə də tanınan Dituri, biotibbi mühəndislik üzrə doktorluq dərəcəsinə malik Cənubi Florida Universitetinin müəllimidir və ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdçü zabitidir.
O, noyabrda Şotlandiyada keçiriləcək Dünya Ekstremal Tibb Konfransında "Neptun 100"ün nəticələrini təqdim etməyi planlaşdırır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay