Dünya
02.06.2023 / 11:18
Türkiyəni velosipedlə kəşf edin
28876
Aralıq dənizindən Egeyə qədər yaşıl və mavinin ahəng içərisində olduğu gözəl körfəzlərdə velosiped sürə, eləcə də təmiz sularda və sonsuz mavilərdə üzərkən qədim sivilizasiyaların izlərini görə bilərsiniz.
Bu yay Türkiyədə velosipedinizlə unikal marşrutlarda pedal çevirərkən səyahətinizi türk mətbəxinin ləziz dadları ilə dadlandırmağı unutmayın. Türkiyə düşərgə və düşərgə sahələrinə, velosipedlə səyahət edən idman həvəskarları üçün velosiped dostu otellərə, müxtəlif miqyaslı milli və beynəlxalq eko-etiketli otellərə və hostellərə ev sahibliyi edir. Türkiyənin velosiped turizmini və dayanıqlı turizmi dəstəkləmək məqsədilə həyata keçirdiyi "Velosiped Dostu Qonaqlama Müəssisəsi” sertifikatı, velosipedlər üçün təhlükəsiz parkinqi, yerli velosiped yollarında təcrübəli işçilərin işə götürülməsi, velosipedlərin təmizlənməsi və təmir sahəsi kimi müxtəlif meyarlara cavab verən otellərə verilir.
Eurovelo; tarixi və təbiəti birləşdirir
Türkiyə, ölkəni pedallarda kəşf etmək istəyənlər üçün xüsusi olaraq yaradılmış marşrutlarla əhatə olunub. Ancaq ölkənin marşrutları yerli marşrutlardan daha genişdir. İzmir, Ədirnə və Kırklareli şəhərləri ilə Türkiyə bütün Avropa qitəsini və 17 müxtəlif uzun məsafəli velosiped marşrutunu birləşdirən EuroVelo (Avropa Velosiped Marşrutları Şəbəkəsi) iştirakçısıdır. Velosipedlə ölkənin hər tərəfini kəşf edərkən EuroVelo 13 – Dəmir Pərdə Yolu və ya EuroVelo 8 – Aralıq dənizi marşrutu boyu tarix və təbiətdə unudulmaz səyahət edə bilərsiniz. Ədirnədən Türkiyəyə daxil olan EuroVelo 13 Velosiped Yolu velosipedçilərə günəbaxan tarlaları arasında möhtəşəm mənzərələr təqdim edir. İzmirin Dikili Limanından Türkiyəyə daxil olan EuroVelo 8 sırayla UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan Perqamon Antik Şəhəri, İzmir Quş Cənnəti, Karşıyaka, Alsancak, Seferihisar, Sığacık, Urla və Alaçatıdan keçir. Gözəl yerlərdən keçərək, UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Efes Qədim Şəhərində bitir.
Turkigeanda Egey kimi yaşamaq
Möhtəşəm çimərlikləri, firuzəyi rəngli suları və açıqcaya bənzər kəndləri ilə məşhur olan Turkaegeanda (Türkiyənin Egey sahili) keçirəcəyiniz vaxt indiyə qədər yaşadığınız ən qeyri-adi təcrübələrdən olacaq. UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan qədim Türkiyə şəhərləri, Efes və Berqama antik şəhərləri, Foça, Seferihisar və Yenipazar kimi Cittaslow qəsəbələri və əlbəttə ki, ən gözəl körfəzlər EuroVelo 8 marşrutu üzərindədir. Eləcə də, bu unikal coğrafiya zeytun, əncir, ot və üzüm sortları, bənzərsiz türk şərabları və zeytun yağı əsasında hazırlanan qeyri-adi dadlı və sağlam mətbəxi ilə əsl qastronomik cənnətdir.
Türk Rivierası günəşi altında
Yollar sizi Türk Rivierasına apardıqda Aralıq dənizi sahilində meşələrin arasında gizlənmiş əzəmətli Toros dağlarına və qədim şəhərlərə rast gələcəksiniz. Sizdən min illər əvvəl bu torpaqların ev sahibliyi etdiyi sivilizasiyaların qalıqları gününüzü işıqlandıracaq. Məsələn, qədim Olimpos şəhərində meşələrin arasında gizlənmiş qədim şəhər sizi valeh edəcək. Bu səyahətdə sizi dərin mavi dənizlər, mirvari qumlar, qədim şəhərlər, kanyonlar və gözəl yaşıl yollar gözləyir. Dayanıb dincəlmək istədiyiniz zaman çadır düşərgələri, bungalov evləri və ya rahat otellər xidmətinizdə olacaq.
Xəyal kimi səyahət: Pəri bacalarına doğru
Pəri bacaları ilə sehrli diyarı xatırladan Kapadokya velosipedlə kəşf etmək üçün unikal bir marşrutdur. Velosipedinizlə bu unikal coğrafiyanı kəşf edərkən qədim kilsələr, yeraltı şəhərlər və bənzərsiz təbii formasiyalarla qarşılaşacaqsınız. Bu geniş torpaqları velosipedlə gəzərkən yer səthinin yüzlərlə metr altında yerləşən yeraltı şəhərlərdə dayanmağı, qaya oteldə qalmağı və bölgədə min illərdir istehsal olunan şərabların dadına baxmağı unutmayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay