Dünya
04.10.2021 / 18:37
Avrozonada istehlakçı inamı ötən 6 ayın minimumuna gerilədi
18775
Avrozonada istehlakçı inamı iqtisadi yaxşılaşma prosesi ilə bağlı narahatlıqlar fonunda ötən 6 ayın ən aşağı səviyyəsinə enib.
Avzonanın istehlakçı inamı üzrə "Sentix" indeksi bu ay 2,7 punkt geriləməklə 16,9 müəyyən edilib ki, ötən ay bu göstərici 19,6 punkt idi.
Bu ilin aprel ayından bəri müşahidə edilən ən aşağı səviyyəyə enən indeks üçün proqnozlar isə 18,6 punktu işarə edirdi.
Qeyd edək ki, investorların növbəti 6 ay üzrə proqnozlarını ölçən Proqnozlar İndeksi isə 9 punktdan 8-ə geriləyib ki, bu da öz növbəsində ötən ilin mayından bəri qeydə alınan ən aşağı göstəricidir. Bununla yanaşı, cari vəziyyət indeksi də 30,8-dən 26,3 punkta enib.
Mənbə: Banco.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay