Rusiya qara kürü istehsalını kəskin artırıb
Bu ilin birinci yarısında Rusiyanın nərə balığı təsərrüfatlarında 24 ton qara kürü istehsal edilib ki, bu da illik ifadədə 34% çoxdur.
Valyuta.az "APA-Economics"ə istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Balıqçılıq Agentliyi Statistika Xidmətinin ("Rosstat") ilkin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunub ki, ilin birinci yarısında 3,3 min tondan çox nərə balığı yetişdirilib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% çoxdur.
Nərə balıqları istehsalında lider Cənub Federal Dairəsi olub. Belə ki, hesabat dövründə sözügedən regionda 1,6 min ton bester (ağ balıq ilə çökə balığının hibridi), nərə balığı, çökə balığı və digər qiymətli balıq növləri yetişdirilib. Bu, 2020-ci ilin birinci yarısı ilə müqayisədə 41% çoxdur.
İkinci yerdə 665 ton balıq yetişdirən Mərkəzi Dairə qərarlaşıb, illik artım 18% təşkil edib. Liderlərin ilk üçlüyünü Şimal-Qərb bölgəsi tamamlayır.
İlin birinci yarısında burada keçən ilin eyni dövründə 155 tona qarşı 309 ton nərə balığı yetişdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay