Rusiyada arağın maya dəyəri artıb
Bu il Rusiyada bir şüşə arağın (0,5 litr) istehsal xərcindəki artım 3% təşkil edib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə "Tatspirtprom"un baş direktoru Ruslan Maksudov "RBK"ya verdiyi müsahibədə bildirib.
O, bunu 2020-ci ilin sonundan etibarən xammal bazarlarında əmtəə qiymətlərinin artması ilə əlaqələndirib.
"Bazarlar canlanmağa başlayan kimi bütün əmtəə və birja bazarlarında istehsalın dəyəri artmağa başladı. Hər şey bahalaşır: plyonka, ağac, metal, şəkər və taxıl", - deyə R. Maksudov qeyd edib.
R. Maksudov həmçinin bildirib ki, 2020-ci ilin ilk yarısında ucuz alkoqollu məhsulların populyarlığının artması müşahidə olunub. Lakin spirtli məhsullar əsasən istehlak üçün deyil, dezinfeksiyaedici maddə qismində alınırdı.
Rusiyanın Alkoqol Bazarının Tənzimlənməsi üzrə Federal Xidmətinin məlumatına görə, 2020-ci ildə ölkədə demək olar ki, bütün növ spirtli içkilərin satışları artıb: araq, pivə, şərab və şampan. Rusiyalılar yalnız konyakın alışını azaldıb. Eyni zamanda, 2017-2020-ci illərdə Rusiya büdcəsi qanunsuz alkoqol istehsalçılarının və satıcılarının fəaliyyəti səbəbindən 376 mlrd. rubl itirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay