Rusiyada spirtli içki istehsalı kəskin azalıb
Bu ilin yanvar-iyul ayları ərzində Rusiyada alkoqol istehsalı (pivə və sidr istisna olmaqla) illik nisbətdə 2,3% azalaraq 90,56 mln. dekalitrə düşüb.
Valyuta.az APA-ya istinadən xəbər verir ki, bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi Milli Birliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, iyulda Rusiyada alkoqol istehsalı 7,1% azalaraq 13,58 mln. dekalitr təşkil edib.
Yanvar-iyulda tündlüyü 9%-dən çox olan spirtli içkilərin istehsalı 52,54 mln. dekalitr (illik 0,4% artım), iyulda isə 7,6 mln. dekalitr (-7,5%) təşkil olub.
Hesabat dövründə araq istehsalı 39,22 mln. dekalitrə (-3,9%), iyul ayında isə 5,73 mln. dekalitrə (-11,3%) düşüb. İlin ilk yeddi ayında konyak istehsalı 4,13 mln. dekalitr (-3,9%) olub, iyul ayında isə 460 min dekalitr (-14,2%) təşkil edib.
Şərab məhsullarının istehsalı yanvar-iyul aylarında 11,2% azalaraq 31,72 mln. dekalitr, iyulda isə 16,9% azalaraq 4,65 mln. dekalitr olub.
Şampan və köpüklü şərab istehsalı ilin əvvəlindən 28,5% azalaraq 4,62 mln. dekalitrə düşüb. Eyni zamanda, iyul ayında istehsal 1,8 dəfə artaraq 900 min dekalitrə çatıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay