Hər il 2,5 milyard ton ərzaq “zibil” kimi atılır - HESABAT
Qlobal iqtisadi və texnoloji inkişaf özü ilə bərabər ziddiyyətli problemlər gətirir. Bir tərəfdən planetin əhalisi artır və qidaya tələbat sürətlə böyüyür, digər tərəfdən getdikcə daha çox ərzaq istifadə olunmadan tullantıya çevrilir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, Ümumdünya Vəhşi təbiət Fondu (WWF) və Böyük Britaniyanın ərzaq satışı şəbəkəsi - “Tesco” hesabat hazırlayıb.
Hesabatda göstərilir ki, hər il dünyada 2,5 milyard ton ərzaq və qida tullantıya çevrilir. Bu rəqəmin 1,2 milyard tonu əksəriyyəti ABŞ və Avropada olan fermalarda, 931 milyon tonu pərakəndə ticarət və istehlakçılarda, qalanı isə daşınma, saxlanma, emal və istehsal prosesində itkiyə gedir.
Bu isə o deməkdir ki, qlobal miqyasda becərilən, yetişdirilən, fermalarda böyüdülən, istehsal və emal olunan ərzağın 40%-i yeyilmədən zibil kimi atılır. Bu məhsulları yetişdirmək üçün hər il 4,4 milyon km2-dən artıq kənd təsərrüfatı torpaqlarından və 760 km3 sudan istifadə olunur. Nəticədə, tullantıya gedən məhsullar istixana effekti yaradan qazların 10%-ni təşkil edir. Bu rəqəm isə ABŞ və Avropadakı bütün avtomobillərin il ərzində havaya buraxdığı zərərli qazların həcmindən 2 dəfə çoxdur...
Varlılar daha çox zibilləyir, kasıblar isə yemək tapmır...
İl ərzində tulantıya çevrilən qidanın 58%-i planetin əhalisinin cəmi 37%-ni təşkil edən Şimali Amerika, Avropa və Asiyanın zəngin ölkələrinin payına düşür. Halbuki, ədalətli bölüşdürmə olsaydı, bu itki hesabına Afrika qitəsini başdan-ayağa ərzaqla təmin etmək mümkün olardı...
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay