Gürcüstandan Azərbaycana şərab ixracı 41 faiz artıb
Gürcüstan bu il yanvar-iyun aylarında Azərbaycan bazarına 133 mində artıq şüşə butulkada şərab ixrac edib.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyinin məlumatında deyilir.
Qeyd olunur ki, ötən ilin ilk yarısı ilə müqayisədə Gürcüstandan Azərbaycana şərab ixracı 41% artıb.
Hesabat dövründə Gürcüstandan ən çox şərab Rusiyaya ixrac olunub – 28 mln. şüşədən artıq. Bu, illik ifadədə 8% çoxdur.
Gürcüstan şərabının alış həcminə görə Ukrayna ikinci yerdədir. Yanvar-iyun aylarında bu ölkəyə 5,2 mln. çox şüşə şərab ixrac edilib ki, bu da keçən ildəkindən 15% çoxdur. Üçüncü yerdə 2,8 mln. çox şüşə ilə Polşa qərarlaşıb. İllik dinamika 31% təşkil edib.
Bundan başqa, cari ilin ilk yarısında Gürcüstandan Çinə 2,7 mln. (+10%), Qazaxıstana 2 mln. (+61%), Türkiyəyə 31 minə yaxın şüşə (+115%), ABŞ-a 502 mindən çox (+35%), İsrailə 274 minə yaxın (+63%), Almaniyaya 364 mində çox (+4%), Estoniyaya isə 349 minə yaxın (+3%) şüşə butulkada şərab ixrac edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay