Azərbaycan xarici investisiya qoyuluşuna görə ikincidir - RENKİNQ
Ötən il Azərbaycandan xaricə yönəlmiş birbaşa investisiyaların həcmi 825,3 mln. ABŞ dolları təşkil edib ki, bu göstəriciyə görə, ölkə keçid iqtisadiyyatları olan ölkələr arasında dünyada və MDB məkanında ikincidir.
Valyuta.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) "World Investment Report 2021" hesabatında deyilir.
Qeyd edilir ki, COVID-19 pandemiyası səbəbindən bu göstərici 2019-cu illə müqayisədə 66% azalıb.
Keçid iqtisadiyyatları və müvafiq olaraq MDB ölkələri arasında bu göstəriciyə görə lider Rusiyadır. Ölkə 2020-ci ildə xaricə 6,311 mlrd. dollar həcmində birbaşa investisiya yönəldib. Bu göstəriciyə görə, sonuncu yerdə Qazaxıstan. Ölkənin xarici birbaşa investisiyalarının həcmi mənfidir (xaricə yönəlmiş birbaşa investisiyaların həcmi ölkənin xaricdən geri çəkdiyi investisiyaların həcmindən az olub).
Qeyd edək ki, UNCTAD keçid iqtisadiyyatı ölkələrinə MDB ölkələrini, həmçinin Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina , Monteneqro, Serbiya və Şimali Makedoniyanı aid edir.
Keçid iqtisadiyyatları olan ölkələrin birbaşa xarici investisiyalarının həcminə görə renkinqi:
# |
Keçid iqtisadiyyatları |
Həcm, mln $ |
İllik dinamika, % |
1 |
Rusiya |
6 311 |
-71,3 |
2 |
Azərbaycan |
825 |
-66,1 |
3 |
Serbiya |
125 |
-57,5 |
4 |
Albaniya |
89 |
-30,5 |
5 |
Belarus |
82 |
412,5 |
6 |
Ukrayna |
82 |
-87,3 |
7 |
Tacikistan |
70 |
204,3 |
8 |
Şimali Makedoniya |
39 |
-2,5 |
9 |
Gürcüstan |
23 |
-91,8 |
10 |
Qırğızıstan |
2 |
-60,0 |
11 |
Özbəkistan |
2 |
-33,3 |
12 |
Bosniya və Herseqovina |
-5 |
-266,7 |
13 |
Monteneqro |
-5 |
-106,7 |
14 |
Moldova |
-12 |
-128,6 |
15 |
Ermənistan |
-27 |
-81,1 |
16 |
Qazaxıstan |
-2 028 |
-22,7 |
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay