600 milyon şüşə şərab - ÇİNİN YENİ HƏDƏFİ
Çinin mərkəzi hökuməti ölkənin şərab istehsalını kəskin artırmaq niyyətindədir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, ötən həftə Çin Kənd Təsərrüfatı Nazirliyi Ningxia Hui Muxtar Regionunda şərab istehsalının inkişafına dair 15 illik planın təsdiqləndiyini bildirib. Hədəf 2035-ci ilə qədər 20 milyard yuan (3,12 milyard dollar) olan 600 milyon şüşə şərab istehsal etməkdir.
Bu planla Çin ən iri şərab istehsalçılarından olan Fransanın Bordo bölgəsi ilə rəqabət apara bilər. Ötən il Fransanın əsas şərab istehsalçısı olan bu region dəyəri 3,5 milyard avro (4,16 milyard dollar) olan 522 milyon şüşə şərab istehsal edib.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının 2020-ci ilə dair hesabatına görə, Çin dünyada altıncı ən böyük şərab istehlak edən ölkə və 10-cu ən iri istehsalçıdır. Ötən il Ningxia bölgəsinin şərab ixracı 46% artaraq, 415 min dollara çatıb. Əsas alıcılar ABŞ, Avropa İttifaqı, Yaponiya və Avstraliyadır. Hökumətin 2035-ci ilə qədər qoyduğu ambisiyalı hədəfə necə çatacağı maraqlıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay