Qlobal birbaşa xarici investisiyalar ötən il kəskin azalıb
Ötən il koronavirus pandemiyası ilə əlaqədar yaranan iqtisadi tənəzzül səbəbindən dünyada birbaşa xarici investisiyaların həcmi 30%-dən çox azalıb – 1,5 trln. ABŞ dollarından 1 trln. dollaradək. 2021-ci ildə qlobal birbaşa xarici investisiyaların 1-15% artacağı proqnozlaşdırılır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında deyilir.
"Böhran birbaşa xarici investisiyaların kəskin azalmasına səbəb oldu. İnvestisiyaların qlobal axını üçdə bir azalıb – 1,5 trln. dollardan 1 trln. dollaradək. 2020-ci ilin sonunda birbaşa xarici investisiyaların həcmi 10 il bundan öncə yaşanan qlobal maliyyə böhranından sonra qeydə alınan ən aşağı səviyyədən təxminən 20% azdır", - deyə UNCTAD-ın Baş katibi vəzifəsini icra edən İzabel Düran (Isabelle Durand) bildirib.
O əlavə edib ki, cari ildə birbaşa xarici investisiyalarının axınının qismən bərpa olaraq 10-15% artacağı gözlənilir. Bununla belə, investisiyaların yatırılmasının sürətlənməsi üçün bir qədər vaxt tələb oluna bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay