Dünya
10.06.2021 / 09:30
Türkiyədə yerli peyvəndin son sınaq mərhələsi başlayıb
13621
Türkiyədə COVID-19-a qarşı peyvəndə namizəd olan insanlar üzərində sınaqların son mərhələsi başa çatıb.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə üzrə Elmi Məsləhət Şurasının virtual iclasından sonra bildirib.
Onun sözlərinə görə, gələn həftə Türkiyədə 3-cü faza çərçivəsində insanlar üzərində sınaqlar məqsədilə könüllülər peyvənd olunacaq:
"Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir. Onlardan biri son mərhələyə çatıb".
F.Qoca əlavə edib ki, Türkiyə iyunun 10-da koronavirusa qarşı peyvəndləmə kampaniyasının yeni bir mərhələsinə qədəm qoyacaq, bu kampaniya çərçivəsində 45 və yuxarı yaşda olan insanlar peyvənd olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay