BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
13497

“Sinovac Biotech” şirkəti Azərbaycanın COVID-19 virusu əleyhinə peyvəndlə təminatını davam etdirəcək.

Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin peyvənd istehsalı üzrə ixtisaslaşmış "Sinovac Biotech" şirkətinin baş meneceri xanım Quan Yan  müsahibəsində Azərbaycan ilə əməkdaşlıqdan danışıb.

“Sevindirici haldır ki, bizim şirkətin Azərbaycanla sıx əməkdaşlığı var və biz Azərbaycanı peyvəndlə təmin etməyə davam edirik. Biz tərəfdaşlıq etdiyimiz ölkələri, o cümlədən Azərbaycanı pandemiyaya qalib gəlmək üçün COVID-19 peyvəndi ilə təmin etmək işinə sadiqik”, - deyə baş menecer qeyd edib.

Quan Yan bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Sinovac” şirkətinin “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləməsi şirkətə daha çox ölkəyə vaksin təchiz etməyə, o cümlədən COVAX təşəbbüsü çərçivəsində müxtəlif dövlətləri peyvəndlə təmin etməyə imkan verəcək.

 ÜST-nin müvafiq qərarınadək “Sinovac”ın ikitərəfli razılaşma əsasında təxminən 40 ölkəni COVID-19-a qarşı peyvənd ilə təmin etdiyini bildirən baş menecer əlavə edib ki, indiyədək 50 ölkə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib.

Quan Yan “CoronaVac” peyvəndini milli vaksinasiya proqramında istifadə edən ölkələrdən əldə olunan məlumatların vaksinin perspektivli və ümidverici olduğunu göstərdiyini deyib: 

“Misal üçün deyə bilərəm ki, bu yaxınlarda Braziliyada balaca bir şəhərdə əhalinin böyük hissəsi COVID-19 virusuna qarşı məhz “Sinovac” şirkətinin vaksini ilə peyvənd olunub. Nəticədə ağır və çox ağır xəstələrin sayı kəskin şəkildə azalıb. Bu cür nəticələr bizim hamımıza ümid verir ki, vaksinasiya sayəsində pandemiyaya qalib gəlmək mümkündür. Bizim şirkət qlobal vaksin təchizatındakı rolunu davam etdirməkdə qərarlıdır. Şirkətimiz dünyada artan tələbatı nəzərə alaraq istehsal gücünü artırmaq istiqamətində yeni sərmayələr cəlb edib. Nəticədə 3-cü istehsal xətti istifadəyə verilib ki, bununla da illik istehsal gücü 2 milyard dozanı ötüb. İndiyədək biz 600 milyon doza peyvənd istehsal edərək yerli və xarici sifarişçilərə çatdırmışıq".

Qeyd edək ki, iyunun 1-də Ümumdünya Səhiyyə Təşkilatı Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 virusu əleyhinə “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqləyib. “Sinovac” şirkətinin COVID-19 əleyhinə peyvəndi təsirsiz hala gətirilmiş (inaktivləşmiş) vaksindir. Bu peyvəndlərin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Azərbaycanda yanvarın 18-dən həyata keçirilən vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndindən geniş istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin